"Çelsi" "Arsenal"dan 75 milyon funt-sterlinq tələb edir

11:32 - 28 İyun 2025

"Çelsi"nin hücumçusu Nikolas Cekson Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi" oyunçusunu satmağın əleyhinə deyil. London klubu 24 yaşlı forvard üçün 75 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü ötən mövsüm "mavilər"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti