Bombardir bölgə klubundan ayrıldı - 1-ci Liqada oynayacaq

18:59 - 30 İyun 2025

Premyer Liqaya yüksələn "İmişli" Seyxan Fərəcovla yollarını ayırıb.

Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi 1-ci Liqada oynayacaq.

Fərəcov MOİK-lə anlaşıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Seyxan Fərəcov ötən mövsüm 1-ci Liqada 11 qol vurub və "İmişli"nin bombardiri olub.

Xəbər xətti