Gürcüstan millisinin üzvü Portuqaliya nəhəngi ilə müqavilə imzaladı

13:36 - 7 İyul 2025

Gürcüstan millisinin üzvü Giorgi Koçoraşvili "Sportinq"lə anlaşıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Lissabon klubuna keçib.

Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

O, 2030-cu il iyunun 30-na qədər "Sportinq"ə məxsus olacaq. 

Gürcü buna qədər "Levante"də oynayırdı. 

Giorgi "Saburtalo", "Peralada", "Levante", "Kastelyon" klublarında oynamışdı.

Xəbər xətti