“Beşiktaş”ın futbolçusu Jedson Fernandeş Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya Səudiyyə Ərəbistanından bir neçə klub maraq göstərir. Hazırda ərəblər “Beşiktaş”la danışıq aparır.
Onun “Əl-Əhli”yə keçidi gündəmdədir. Gedsonun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Benfika”, “Tottenhem”, “Qalatasaray”, “Rizespor” klublarında oynayıb.