Kyellini "Los-Anceles"in səhmdarlarından biri oldu

23:29 - 8 İyul 2025

Corco Kyellini "Los-Anceles" klubunun həmsahibi olub.

Sportal.az xəbər verir ki, MLS klubu sabiq "Yuventus" və İtaliya yığmasının müdafiəçisinin klub sahibləri sırasına qoşulduğunu rəsmən elan edib.

"‘Los-Anceles’in həmsahibi olmaq mənim üçün böyük bir şərəfdir. Üç il əvvəl buraya futbolçu kimi gəldiyim andan etibarən bu klubda nəyinsə fərqli və xüsusi olduğunu hiss etdim.

Bu, görkəmli insanlar tərəfindən qurulmuş və cəmiyyət tərəfindən dəstəklənən iddialı bir klubdur. Burada insan özünü həqiqətən evdəki kimi hiss edir. Elə buna görə də ötən il klubun sahibi olmaq istəyimi bildirdim və bu gün bu yolun davamçısı olduğum, dərin inandığım bu layihəni dəstəklədiyim üçün qürur duyuram", – deyə Kyellini bildirib.

Kyellini "Los-Anceles"in heyətində iki mövsüm çıxış edib və bu klub onun futbolçu karyerasında sonuncu olub. Hazırda italyan mütəxəssis "Yuventus"da futbol strategiyası üzrə direktor vəzifəsini tutur.

Xəbər xətti