Türkiyənin Ərzurum şəhərində yeni mövsümə hazırlaşan "Araz-Naxçıvan" bu gün ilk yoxlama matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor Özel İdare Spor"la üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Ölkəmizi avrokuboklarda təmsil edəcək klub “Alanyaspor”la(11 iyul), “Trabzonspor”la(17 iyul) qarşılaşacaq.
“Araz-Naxçıvan” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
saytlarin hazirlanmasi