Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

10:34 - 9 İyul 2025

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) bu gün üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Dublində keçiriləcək oyuna Bakı vaxtı ilə 22:45-də start veriləcək.

Bu cütün qalibi "Qarabağ"la oynayacaq.

"Qarabağ"ın ilk oyunu iyulun 22-23-də, cavab görşüləri isə 29-30-da keçiriləcək. 

20:00. “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta)
21:30. FKSB (Rumıniya) – “İnter Eskaldes” (Andorra)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus)
22:45. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya)

Xəbər xətti