Tofiq Bəhramov adına Respublika stadionu beynəlxalq quruma üzv qəbul edildi

18:33 - 9 İyul 2025

Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.

Sportal.az xəbər verir ki, bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq. 

Üzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib. Paylaşımda 31200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan milli komandası və "Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.

Xəbər xətti