"Tottenhem"in 63 milyon avroluq təklifini qəbul etdilər

20:55 - 9 İyul 2025

"Vest Hem"İn futbolçusu Mohamed Kudus Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Tottenhem" qanalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.

"Vest Hem" Kudus üçün göndərilən 63 milyon avroluq təklifi qəbul edib. 24 yaşlı ön xətt oyunçusu "Tottenhem"lə 6 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Vest Hem" Mohamed Kudusu 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti