"Sumqayıt"ın sabiq futbolçusu Jordan Rezabalanın "Neftçi"yə keçikdi gündəmdə olsa da, bu, hələ də reallaşmayıb.
Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, Samir Abasov sabiq futbolçusunu hazırkı komandasında görmək istəyir.
Futbolçu özü də "Neftçi"də oynamağın tərəfdarıdır. Ən azı "Sumqayıt"da qazandığından 4 dəfə çox qazanacaq. Keçidi ləngidən əsas səbəb futbolçunun sevgilisidir. Hansı ki, Rezabala "Sumqayıt"dan da ona görə ayrılmışdı. Ekvadorlu futbolçunun sevgilisi Azərbaycandakı həyat tərzinə uyğunlaşa bilmir. Hətta "Sumqayıt"da oynadığı dönəmdə futbolçu sevgilisinə Bakıda yaşamağı təklif etsə də, qız Bakını da bəyənməmişdi. İndi yaxşı maaş təklifinə futbolçu "yox" deyə bilmir. Amma sevgilisindən də həmçinin, əl çəkə bilmir. Qısası, "Neftçi"yə keçidini rəsmləşdirmək üçün sevgilisini ən azı 1 illik Bakıda yaşamağa razı salmalıdır.
saytlarin hazirlanmasi