"Borussiya"nın fubolçusu "Yuventus"un hədəfində

22:17 - 9 İyul 2025

"Yuventus" bu yay Karim Adeyemini transfer edə bilər.

Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, Turin klubu əvvəllər də “Borussiya”nın yarımmüdafiəçisini nəzərdən keçirib, lakin bu dəfə razılığa gəlmək daha asan ola bilər. Futbolçunun müqaviləsinin başa çatmasına az qalıb və Dortmund klubu mümkün təkliflərə daha açıq yanaşır.

Qeyd olunur ki, ötən il turinlilər üçün əsas maneə transfer üçün tələb olunan yüksək məbləğ idi. Bununla belə, alman futbolçunun əla investisiya olduğu və “Yuventus”un axtardığı oyunçu profilinə tam uyğun gəldiyi hesab olunur. Təxmin edilir ki, bu yay Adeyemi 45-50 milyon avroya transfer oluna bilər.

Xəbər xətti