"Fənərbaxça"nın da istədiyi futbolçu "İnter"ə keçə bilər

22:53 - 9 İyul 2025

“İnter” Marko Asensionu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, Milan klubu yarımmüdafiəçini transfer etməyə artıq iki dəfə yaxın olub – 2023-cü ildə və 2025-ci ilin yanvarında. Hazırda isə onlar yenidən bu transfer üzərində çalışırlar.

Son yarım ili icarə əsasında “Aston Villa”da keçirən ispan futbolçu “PSJ”nin planlarına daxil deyil, buna görə də agentləri ona yeni klub axtarır. Bildirilir ki, Asensionu 10-12 milyon avroya transfer etmək mümkün ola bilər, çünki onun müqaviləsinin bitməsinə bir il qalıb.

Əsas maneə isə futbolçunun maaşıdır. Hazırda Marko vergilər çıxıldıqdan sonra illik 8 milyon avro qazanır və “İnter”ə keçmək üçün ciddi maaş endiriminə getməli olacaq. Xatırladaq ki, Asensionun adı "Fənərbaxça" ilə də hallanır.

Xəbər xətti