“Çelsi”yə görə “Arsenal”ın Noni Madueke üçün təklif etdiyi məbləğ qənaətbəxş deyil.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “topçular” cinah oyunçusunu təxminən 50 milyon funt sterlinqə (bonuslarla birlikdə) transfer etməyə çalışıblar. Lakin “Çelsi” sabit məbləğin 50 milyon funtdan artıq olmasını istəyir. Mümkün müqayisə kimi Entoni Elanganın “Nyukasl”a 55 milyon funt qarşılığında keçidi göstərilir.
Hazırda “Arsenal” və “Çelsi” arasında danışıqlar davam edir.
saytlarin hazirlanmasi