"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris"i Niderland toplanışında son yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, Niderlandda təşkil olunmuş matçda "AZ Alkmaar" klubu ilə qarşılaşan "Aris" 2:3 hesabı ilə məğlub olub.
Xətırladaq ki, Yunanıstan təmsilçisi əvvəlki yoxlama oyunlarında Şotlandiya "Livinqston"una 1:3, Belçika "Anderlext"inə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” matçları iyulun 24-ü və 31-də keçiriləcək.
saytlarin hazirlanmasi