“Barselona” Rafael Leaonun transferini müzakirə edib.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, “Milan”ın cinah oyunçusu klub prezidenti Joan Laporta tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, agent Jorje Mendeş futbolçunun rəsmi nümayəndəsi olmasa da, onun üzərində müəyyən təsiri var və “Milan”da da böyük nüfuza sahibdir. Mendeş artıq “Barselona” ilə Leauyun mümkün transferini müzakirə edib, lakin hələlik konkret addımlar atılmayıb.
Bununla belə, klubun əsas hədəfləri olan Niko Uilyams və Luis Diasla bağlı uğursuzluqlar, portuqaliyalı futbolçunun avqust ayında transfer edilməsini sürətləndirə bilər.
Qeyd edək ki, ötən yay da “Barselona” transfer pəncərəsinin son günlərində Leao ilə maraqlanmışdı, lakin razılaşma mümkün olmamışdı. İndi “Barselona”ya transferin şərtləri bildirilib, lakin danışıqlar hələ irəliləməyib, çünki katalonlar digər mümkün transferlərin gedişatını gözləyirlər.
saytlarin hazirlanmasi