Bu gün klublararası dünya çempionatında ikinci finalçı məlum olub.
Sportal.az xəbər verir ki, yarımfinalda PSJ Madrid “Real”ı ilə üz-üzə gəlib. Paris təmsilçisi görüşdən 4:0 hesablı qələbə ilə ayrılaraq adını finala yazdırmağı bacarıb.
Qeyd edək ki, PSJ finalda "Çelsi" ilə qarşılaşacaq. Matç iyulun 13-ü saat 23:00-da baş tutacaq.
FIFA klublararası dünya çempionatı
Yarımfinal
9 iyul
23:00 PSJ – "Real" 4:0
Qollar: F. Ruiz, 6, 24, O.Dembele, 9, G.Ramos,87