"Arsenal"ın futbolçusu Aleksandr Zinçenko "Vest Hem"ə keçməyə hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ukraynalı London klubu ilə danışıq aparır.
Ukrayna millisinin üzvünün adı "Milan"la da hallanırdı.
2022-ci ilin yayından "Arsenal"da oynayan 28 yaşlı futbolçunun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Onun yeni mövsümə hansı komandada başlayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
saytlarin hazirlanmasi