Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti görüşünə bu gün çıxacaq.
Sportal.az xəbər verir ki, millimiz 1/4 finalda Çinlə qarşılaşacaq.
Matça Bakı vaxtı ilə 18:50-də start veriləcək.
Azərbaycan millisi daha əvvəl turnirdə "Tsukuba"nı (Yaponiya) 21:10, "Lozanna"nı (İsveçrə) 21:11, Ukrayna millisini 21:20 və Sinqapur yığmasını 22:10 məğlub edib.
saytlarin hazirlanmasi