"Milan" "Real"dan ayrılan Luka Modriçin transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
39 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real"ı uğurları üçün çalışırdı.