22 yaşlı futbolçu "Barselona"dan ayrıldı - yeni klubu bəllidir

00:14 - 15 İyul 2025

Pablo Torre "Barselona"dan ayrılıb.

Sportal.az xəbər verir ki, "Mayorka" 22 yaşlı yarımmüdafiəçinin Kataloniya klubundan transfer olunduğunu rəsmən açıqlayıb. Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıblar.

Əvvəllər bildirilmişdi ki, "Barselona" futbolçuya olan hüquqların 50%-i üçün 5 milyon avro alacaq. Müqavilədə qalan 50%-in 25 milyon avroya geri alınması üçün bənd də yer alacaq.

Bundan əlavə, "Barselona"nın futbolçunu geri alma hüququ da olacaq. Əgər Torre gələcəkdə başqa bir kluba keçərsə, katalonlar satış məbləğinin müəyyən faizini əldə edəcəklər.

Xəbər xətti