"Çelye" Avropa Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisinin baş məşqçisi Albert Riera matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İspan mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
"İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrə çox həssasıq. Buna görə də hazırlıqda oyunun bu seqmentinə daha çox diqqət yetirdik. Əgər probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə bir çağırışdır. Mövsümə qələbə ilə başlamağımız vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına çox yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, "Çelye" - "Sabah" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk oyun Azərbaycan təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
saytlarin hazirlanmasi