“Zirə”nin futbolçusu legioneri Salifu Sumanın gələcəyi ilə bağlı hələ ki yenilik bəlli deyil.
Sportal.az xəbər verir ki, qvineyalı futbolçunun karyerasına harada davam edəcəyi dəqiqləşməyib.
Onun “Maribor”a keçidi iddia edilir. Amma Sloveniyanın “Naqomania” nəşri transfer xəbərlərini təkzib edib. Nəşrin yaydığı xəbərə görə, bu yaxınlarda qvineyalının "Dinamo"ya (Kiyev) keçidi baş tutmamışdı.
“Maribor” Sumaya 1,5 milyon avro ödəyəcəkləri haqda çıxan xəbərləri təkzib edib. Belə ki, ölkənin titullu klublarından olan “Maribor”un bu qiymətə hansısa futbolçunun transferinə xərcləməyə hazır olmadığı bildirilir. 21 yaşlı vingerin başqa şərtlərlə Sloveniya komandasının sıralarına keçib-keçməyəcəyi isə bəlli deyil. Qeyd olunan məbləğin "Maribor" üçün yüksək olduğu deyilir.
saytlarin hazirlanmasi