"Qarabağ" ÇL-də əsas mərhələyə qədər irəliləyəcək təcrübəyə və gücə sahibdir"

13:48 - 19 İyul 2025

"Qarabağ"ın sabiq hücumçusu Dino Ndolovu Sportal.az saytına açıqlama verib.

CAR-dan olan hücumçu Ağdam klubunun Çempionlar Liqasındakı şanslarından bəhs edib: "Qarabağ" hər mövsüm avrokuboklarda ən yaxşısına çalışır. Bu mövsüm də belə düşüncədə olduqlarından əminəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. "Qarabağ" artıq elə səviyyəyə çatıb ki, onlar üçün ilkin mərhələlər çox da çətinlik törətmir. Doğrudur, istənilən rəqib bu dəqiqə futbol oynaya bilir və asan rəqib deyə, bir anlayış qalmayıb. "Şelburn" da yaxşı komandadır. "Qarabağ" bu səddi keçəcək və ümidvaram ki, ÇL-də əsas mərhələyə qədər irəliləyəcək gücə, təcrübəyə sahibdir".

35 yaşlı futbolçu 2016-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib.

 

Xəbər xətti