"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Hayduk"la oyunları üçün iştirak ərizəsi açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov siyahıya 21 futbolçunun adını daxil edib.
Komandadan ayrılacağı gözlənilən Salifu Suma və Rafael Utziq "Hayduk"la matçlarının heyətinə daxil edilməyib.
Diqqətçəkən məqamlardan biri "Zirə"nin yayda "Neftçi"dən transfer etdiyi Yeqor Boqomolskinin adının iştirak ərizəsində yer almamasıdır. Əldə etdiyimiz məlumata görə, belaruslu hücumçu Türkiyədə baş tutan təlim-məşq toplanışında zədələnib. 25 yaşlı forvard hazırda bərpa prosesi keçir.
Boqomolski hələ oynamağa hazır deyil. "Zirə" növbəti mərhələyə yüksələcəyi təqdirdə onun adı iştirak ərizəsinə daxil ediləcək.
saytlarin hazirlanmasi