"Karvan"da ayrılıq - RƏSMİ

16:40 - 19 İyul 2025

Premyer Liqaya yüksələn "Karvan"da ayrılıq yaşanıb.

Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi Roman Hüseynovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi başa çatıb. "Karvan" təcrübəli oyunçuya yeni sözləşmə təklif etməyib.

Qeyd edək ki, Roman Hüseynov ötən ilin yayından "Karvan"da çıxış edirdi.

Xəbər xətti