"Trabzonspor"un hücumçusu "Araz-Naxçıvan"la oyunda zədələndi - 1 ay oynamayacaq

16:58 - 19 İyul 2025

Türkiyənin "Trabzonspor" klubunun heeyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Pol Onuaçu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı forvard "Araz-Naxçıvan"la keçirilən yoxlama matçında (2:3) sol ayağından zədələnib. 31 yaşlı oyunçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Türkiyə Super Liqasında mövsüm 8 avqust tarixində başlayacaq. Təcrübəli forvard ilk iki turda komandasına kömək edə bilməyəcək..

Qeyd edək ki, "Trabzonspor" Pol Onuaçunu 1 iyul tarixində "Sauthempton"dan 5,6 milyon avroya transfer edib. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xəbər xətti