"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə etdi

21:32 - 19 İyul 2025

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi yerli "Çorum"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

"Turan Tovuz"un qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri "Traktor"dur. Təbriz təmsilçisi ilə matç iyulun 29-da baş tutacaq. Digər iki rəqibin adı açıqlanmayıb.

Xəbər xətti