"Araz-Naxçıvan"ın "Aris"i keçmək üçün şansı var"

12:22 - 20 İyul 2025

Azərbaycan millisinin veteran futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.

O, Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan”ın “Aris” qarşısındakı şanslarını dəyərləndirib.

Əmirquliyevin fikrincə, Naxçıvan təmsilçisinin “Aris”lə görüşlərdə şansı var: "Araz-Naxçıvan" cavan komandadır, avrokubok təcrübəsi o qədər də çox deyil. "Aris" isə çox yaxşı klubdur, Yunanıstanın aparıcı klublarından biridir. Sadəcə həm onların, həm də "Araz-Naxçıvan”ın da birinci rəsmi görüşü olacaq. Birinci oyunda komandalar istər-istəməz tam gücünü göstərə bilmirlər. "Araz-Naxçıvan"ın "Aris"i keçmək üçün şansı var. Təbii ki, bundan yaxşı istifadə etmək lazımdır. Yoxsa, əlbəttə ki, "Aris" yaxşı komandadır və "Araz-Naxçıvan"a çətin anlar yaşada bilər".

Mirbağırağa
 

Xəbər xətti