"Real"ın bu il kapitanları bəlli oldu

00:03 - 20 İyul 2025

Vinisius Junior «Real»ın kapitanlarından biri olacaq.

Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, braziliyalı futbolçu yeni mövsümdə komandanın dörd kapitanından biri olacaq.

Komandada kapitanlıq sarğısı əsasən heyətdə keçirilən vaxta əsasən təyin olunur. Yeni mövsümdə əsas kapitan 33 yaşlı Dani Karvaxal olacaq. Onu 26 yaşlı Federiko Valverde, 33 yaşlı Tibo Kurtua və 25 yaşlı Vinisius izləyəcək.

Ötən mövsümdə kapitan dördlüyünə Luka Modriç və Lukas Vaskes də daxil idi, lakin hər iki futbolçu yayda klubdan ayrılıb.

Xəbər xətti