Polşada təlim-məşq toplanışında iştirak edən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Termalika" ilə 2:2 oynayıb.
"Neftçi” – “Termalika” (Polşa) - 2:2
Qollar: Freddi Varqas, 10, Bassala Sambu, 78
“Sportovi novini” stadionu
Qeyd edək ki, "Neftçi" Polşadakı ilk yoxlama görüşündə “Hapoel”lə (Təl-Əviv, İsrail) 1:1 oynamışdı. "Ağ-qaralar" iyulun 27-də Yunanıstan “Asteras” və avqustun 1-də Kiprin AEL(Larnaka) klubu ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi