Salah Premyer Liqada növbəti uğura imza atdı

00:00 - 30 Noyabr -0001

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah növbəti uğurlu göstəriciyə imza atıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger Premyer Liqada ən çox qol vuran 4-cü futbolçu olub.

Salah mövsümün ilk turunun "Bornmut"la matçında (4:2) fərqlənib. Ulduz futbolçu İngiltərə çempionatında vurduğu qolların sayını 187-yə çatdırıb. Təcrübəli oyunçu turnirin bombardirləri sayahısındə Endi Kola çatıb.

Qeyd edək ki, Premyer Liqa tarixinin ən məhsuldar futbolçusu 260 qolla Alan Şirerdir. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü sıradadır.

Xəbər xətti