Əliyar Ağayev “Fiorentina”nın matçını idarə edəcək 

13:17 - 18 Avqust 2025

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə UEFA-dan növbəti təyinat gəlib. 

Sportal.az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. 

Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək. 

Bu görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək və matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xəbər xətti