"Düzünü desəm, dünənki matçda "Qarabağ"ın qələbəsini fikirləşmirdim. Oyunun heç-heçə bitəcəyini düşünürdüm. Amma "Qarabağ" möhtəşəm qələbə qazandı. Komandamız çox yaxşı futbol oynadı. Son dövrlərdə ən yaxşı oyunlarından biri idi. Komanda çox inamlı idi, topa daha çox nəzarət edirdi. Futbolçuların bir-birini sığortalaması da diqqət çəkirdi. Müdafiədə çox inamlı oynadılar. Hər bir futbolçu tam gücünü ortaya qoydu. "Qarabağ"ın oyunu hamıya məlumdur. Hətta 1:0 geriyə düşdükdən sonra da, oyundan düşmədilər. Bunun özü də çox yaxşıdır".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Rauf Əliyev deyib.
Ağdam klubunun keçmiş hücumçusu Azərbaycan çempionunun Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u səfərdə məğlub etməsini şərh edib. Veteran futbolçunun fikrincə, "Qarabağ" səfərdə sərfəli nəticə əldə etsə də, Bakıdakı görüş də bir o qədər çətin olacaq:
"Ola bilər ki, "Ferentsvaroş" "Qarabağ"ı çox yaxşı tanıyırdı və gücünə bələd idi. Ona görə də onlar "Qarabağ" tərəfdən gələcək təhlükəni bilirdilər. Lakin tələsmək lazım deyil. Qarşıda cavab oyunu var. Onlar da Bakıya elə-belə gəlməyəcək. Doğrudur, səfərdə 3:1 hesablı qələbə yaxşı nəticədir. Amma bu futboldur, ikinci matçda da yaxşı nəticə əldən vermək olmaz".
"Qarabağ" niyə hücumçusuz olur ki? Komandanın forvardları var. Nəriman Axundzadə "Şkendiya" ilə oyunda fərqləndi. Musa Qurbanlı da dünən "Ferentsvaroş"a qol vurdu. Onlar qollarını vurur da. Komandanın hücumçusuz oynadığını demək doğru olmazdı. Legioner forvard transfer etmək məsələsi isə başqa mövzudur. Hazırda elə dövrdür ki, əsas mərhələyə düşəndən sonra tam istədiyi hücumçunu ala biləcək, ya yox, o da var. Hər yerdə komandalar formalaşıb, yaxşı futbolçular da bu vaxta qədər gözləmirlər. Bəlkə də tapacaq, daha da güclənəcək. Onu da zaman göstərəcək",
Mirbağırağa
saytlarin hazirlanmasi