"Zirə" ilə matçda istədiyimizi verə bilmədik, amma nəticə qənaətbəxşdir"

15:17 - 20 Avqust 2025

"Yorğunluq fonunda bizim üçün çətin oyun alındı. "Zirə" iddialı komandadır. Ötən mövsüm Premyer Liqada 2-ci yeri tutublar. Oyuna ciddi hazırlaşmışdıq. Uzun səfərdən qayıtmışdıq. Bütün bunlara baxmayaraq, meydana çıxdıq və sona qədər mübarizə apardıq. Oyun olaraq istədiyimiz edə bilməsək də, ən azından xal qazandıq. Vurduğum qola gəlincə, deyiləsi bir şey yoxdur. Sadəcə hiss etdim ki, top o istiqamətə gələcək. Mən də ora qaçdım. Şərait yarandı, şükürlər olsun ki, istifadə etdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

O, Misli Premyer Liqasının 1-ci turunun "Zirə" ilə (1:1) görüşünü şərh edib. Həsənalızadə, "Omoniya"ya məğlubiyyətlərdən sonra toparlanmağın çətin olduğunu bildirib: "Bəli, "Omoniya"ya məğlubiyyətdən ağır idi. Xüsusilə də, psixoloji baxımından. Bir az xarakter lazım idi ki, dəyişiklik edək. Hər iki oyunda da ağır məğlubiyyət yaşamışdıq. Həm də, səfərin uzun olması bizi fiziki olaraq yormuşdu. Oyun olaraq, "Zirə" ilə matçda istədiyimizi verə bilmədik. Amma nəticə qənaətbəxşdir".

Mirbağırağa

Xəbər xətti