"Liverpul"un müdafiəçisi 1 ay oynamayacaq

17:56 - 21 Avqust 2025

İngiltərə çempionu "Liverpul"un heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin müdafiəçisi Ceremi Frimponq sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Arnee Slot məlumat verib.

Niderlandlı futbolçu ayaq əzələsindən zədə alıb. 24 yaşlı sağ cinah müdafiəçisi sentyabr ayının sonunda yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, "Liverpul" Ceremi Frimponqu iyul ayında "Bayer"dən 40 milyon avroya transfer edib. Niderland millisinin üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti