“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi – çempionluğa iddialı klubla anlaşdı

12:46 - 22 Avqust 2025

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Turan Vəlizadə 2025/2026 mövsümün I Liqada keçirəcək.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi onu “Səbail”ə icarəyə göndərib.

I Liqa klubunun baş məşqçisi Elvin Məmmədov onu israrla sərəncamında görmək istəyib.

Vəlizadə də, daimi oyun praktikasına sahib olmaq üçün “Səbail”in təklifini geri çevirməyib.

24 yaşlı futbolçu artıq aşağı liqada çempionluğa iddialı olan klubun düşərgəsinə qoşulub. 

Onun "Araz-Naxçıvan"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti