PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mançester Siti" italiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa nəhəngi artıq Donnarumma ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Fransa klubu futbolçusu üçün 50 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayında "Milan"dan ayrıldıqdan sonra azad agent statusu ilə PSJ-yə qoşulub. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi