Son illər uğurlu çıxışı ilə diqqət çəkən Marko Yankoviçin transfer dəyəri artdı

18:17 - 1 Sentyabr 2025

"Qarabağ"ın 2022-ci ildə "Hapoel Təl-Əviv"dən 250 min manata transfer etdiyi Marko Yankoviçin dəyəri 750 min avroya yüksəlib.

Sportal.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, futbolçunun karyerasında ən bahalı transfer məbləği "Partizan"da çıxış etdiyi 2018-ci il mövsümünə təsadüf edir.

Yankoviç daha sonra İtaliyanın C Seriyasında çıxış edən "Krotoni" klubuna 1.80 milyon avro qarşılığında keçib. İtaliya təmsilçisi futbolçunu 2021-ci ildə İsrailin "Beytar Yerusalem" klubuna 500 min avro qarşılığında satıb. Yankoviç bir il sonra 350 min avro qarşılığında "Hapoel"ə keçib.

Qeyd edək ki, Marko Yankoviç bu mövsüm "Qarabağ" forması ilə çıxdığı beş oyunda iki qolla yadda qalıb. (Oxu.az)

Xəbər xətti