"Qarabağ"ın rəqibindən 20 milyonluq transfer

10:34 - 2 Sentyabr 2025

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Benfika" heyətini gücləndirib.

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi Belçika millisinin üzvü Dodi Lukebakio ilə anlaşıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Benfika" Lukebakio üçün "Sevilya"ya 20 milyon avro ödəyib. 27 yaşlı futbolçu 2030-cu ilin yayına qədər Portuqaliya klubuna məxsus olacaq. 

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda səfərdə “Benfika”nın qonağı olacaq. Oyun sentyabrın 16-da keçiiləcək.

Xəbər xətti