Türkiyə klubu Ramil Şeydayevi transfer etmək istəyir

12:16 - 3 Sentyabr 2025

“Neftçi”nin yollarını ayırmaq istədiyi Ramil Şeydayevin xidmətində Türkiyə klubu maraqlıdır.

Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı hücumçu “Serikspor”un maraq dairəsindədir. 

Hətta Türkiyə 1-ci liqasında yarışan klubun baş məşqçisi Sergey Yuranın Şeydayevin keçidinə müsbət yanaşdığı bildirilir.

29 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, əsas komandadan uzaqlaşdırılıb və hazırda fərdi qaydada məşq edir.

Xəbər xətti