Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla matçında öncə keçirilən mətbuat konfransındaiştirak edib.
Sportal.az xəbər verir ki, "Nottingüm Forest"in sol cinah müdafiəçisi matça ciddi yanaşdıqlarını bildirib:
"Milli komandalar səviyyəsində zəif rəqib yoxdur. Bu oyuna yüz faiz hazır olmalı və köklənməliyik. Baş məşqçi məni harda görmək istəsə, o mövqedə oynamağa və hər şeyimi verməyə hazıram. Əsas odur ki, komandaya faydalı olum".
Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi