Millimizin sabiq üzvü I Liqa klubunda - RƏSMİ

17:09 - 9 Sentyabr 2025

İlkin Qırtımovun yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını I Liqada davam etdirəcək.

Qırtımov "Zaqatala" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq üzvü olan İlkin Qırtımovun son klubu "Kəpəz" olub.

Xəbər xətti