İtaliya klubunda baş məşqçi dəyişikliyi gözlənilir

11:18 - 15 Sentyabr 2025

“Atalanta” baş məşqçi postunda dəyişiklik edə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Berqamo təmsilçisi Nuno Eşpirito Santonun təyinatını gözdən keçirir.

İvan Yuriçin işindən narazı qalan A seriyası klubu portuqaliyalı məşqçi ilə danışıq aparacaq.

51 yaşlı mütəxəssis sonuncu dəfə “Nottingem Forest”i çalışdırıb. O, buna qədər “Rio Ave”, “Valensiya”, “Porto”, “Vulverhempton”, “Tottenhem” və “Əl-İttihad” klublarında işləyib.
 

Xəbər xətti