"Neftçi" yenə qələbə qazana bilmədi. İlk 4 oyuna 3 xal. Ötən mövsüm Qriqorçukla da eyni cür başlanğıc olmuşdu. Amma o "Neftçi"ylə bu "Neftçi" arasında bir ciddi fərq var. Qriqorçukun "Neftçi"si düz-əməlli oynamaya-oynamaya xal itirirdisə, bu "Neftçi" normal futbol oynayıb xal itirə-itirə gedir.
Əslində, "Sabah"la oyunu lap xal itkisi kimi qəbul eləmək doğru olmaz. Çünki rəqib də elə-belə komanda deyil. Samir Abasovun məyusluğunu başa düşmək olar. 4 oyun keçirəsən, hamısında rəqibdən aşkar üstün oynayasan, heç birində də qələbə qazana bilməyəsən...
Amma Samir Abasov bir şeyi qəbul eləməlidir ki, qol vurmadan qələbə qazanmaq olmur. "Neftçi" isə qol vura bilmir. 4 oyuna cəmi 1 qol, o da penalti zərbəsindən.
Ya təcili yaxşı hücumçü tapıb gətirmək lazımdır, ya da ki Abasov əlinin altında olan Sambu, Ağadadaşdan birinin ayağının açılmasını gözləməlidir. Gözləməyə isə vaxt yoxdur. Azarkeşlər qələbələr istəyir.
Bax, belə bir çətin durum. Samir Abasov "yaman yerdə axşamlayıb".
Həmid
saytlarin hazirlanmasi