Braziliya millisinin üzvü Renan Lodi "Beşiktaş"a keçə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Türkiyəyə yollanmaq variantına sahibdir.
27 yaşlı futbolçu öz də Superliqada oynamaq niyyətindədir. Yaxın günlərdə transferin baş tutub-tutmayacağı bəlli olacaq.
Lodi karyerası ərzində “Atletiko Paranaense”, “Atletiko”(Madrid), “Nottingem Forest”, “Marsel”, “Əl-Hilal” klublarında oynayıb.
Hazırda isə braziliyalı azad agent stausundadı.r.