"Real"da ciddi itki - 3-cü dəqiqədə əvəzləndi

00:06 - 17 Sentyabr 2025

Trent Aleksander-Arnold hazırda 2-ci hissəsi oynanılan “Marsel”lə oyunun əvvəlində zədə alıb.

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının matçının 3-cü dəqiqəsində “Real”ın müdafiəçisi Tibo Kurtuanın ötürməsindən sonra topa doğru sürətlə irəliləyib və dərhal sol budunun arxa hissəsini tutub.

İngilis futbolçu yerini Daniel Karvahala verib.

Bu mövsüm Aleksander-Arnold “Real”ın heyətində 5 oyunda iştirak edib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Xəbər xətti