“Qalatasaray”la yanaşı, “Qarabağ’ın qələbəsinə də sevinirəm” - VİDEO

14:51 - 3 Oktyabr 2025

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Türkiyə millisinin keçmiş yarımmüdafiəçisi Nihat Kahveci “Qarabağ”ın buradakı çıxışını dəyərləndirib. Kahveçi bu barədə “Haber Global”a danışıb: “Qalatasaray”la yanaşı, “Qarabağ’ın qələbəsinə də sevinirəm. “Kopenhagen” üzərində inamlı qalibiyyət, meydanda üstünlük, dirəyə dəyən zərbə…

İki turdan sonra 6 xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu inanılmaz başlanğıcdır. Pley-off mərhələsinə çıxmaq üçün yaxşı şansları var. Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə edilmir”.

Xəbər xətti