İngiltərə millisinin sabiq üzvü ilə yeni müqavilə imzalandı

18:27 - 8 Oktyabr 2025

İngiltərənin "Everton" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ceyms Tarkovskinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin sabiq üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Ceyms Tarkovski 2022-ci ilin yayından "Everton"da çıxış edir. 32 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "mavilər"in heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti