"Barselona"nın sabiq forvardı bu klubun təklifindən imtina etdi

19:48 - 15 Oktyabr 2025

İspaniya milli komandasının və “Barselona”nın sabiq forvardı Pako Alkaser karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxın olub.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda Superliqada sonuncu sıradan qərarlaşan “Fatih Karagümrük” ispan hücumçuya altı aylıq müqavilə təklif edib.

Lakin şərtlər və maliyyə məsələlərində razılıq əldə olunmadığına görə, Alkaserin Türkiyə klubuna keçidi alınmayıb.

O, maaşın az olmasına görə də, təklifdən imtina edib.

32 yaşlı forvard “Valensiya”, “Xetafe”, “Borussiya”(Dortmund), “Barselona”, “Vilyarreal”, “Şarjah”, “Emireyts” klublarında oynayıb.

Xəbər xətti