Arda Güler Xabi Alonsonun uğuru üçün hər şeyə hazır olduğunu bildirib.
Sportal.az xəbər verir ki, "Real"ın türkiyəli yarımmüdafiəçisi baş məşqçisi haqda bunları qeyd edib:
“Mənə "Bayer"in oyun tərzi xoş idi. Onun futbolunda tez-tez rəqib meydanında birə-bir vəziyyətdə qalırsan. Bu, bir növ fərdi pressinq kimidir. Burada xarakter və aqressiv düşüncə tərzi tələb olunur.
Necə olursa-olsun, onun planlarına tam etibar edirəm. Əgər bir gün qapıda oynamamı istəsə, əlcək alaram".
saytlarin hazirlanmasi